Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Xameneinin başına görün neçə milyon MƏRC QOYULUBMUŞ

Tarix: 05-03-2026 10:20     Baxış: 491 A- / A+

ABŞ-də bəzi investorların İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı mərclər etdiyi iddia olunur. Məlumata görə, mərclərin ümumi həcmi 54 milyon dollar təşkil edib, lakin sonradan bu əməliyyatlar dayandırılıb.

Manevr.az xəbər verir ki, mərclər "Kalshi" adlı proqnozlaşdırma bazarı platformasında yerləşdirilib.

Bildirilir ki, investorlar Xameneinin 1 aprel tarixinə qədər liderlikdən gedəcəyi ehtimalına pul qoyublar.

İddialara əsasən, adının açıqlanmasını istəməyən bir investor Xameneinin 1 aprelə qədər liderlikdən getməsi ilə bağlı 3460 dollar dəyərində iki mərc edib və nəticədə 63 min dollardan çox qazanc əldə edib.

Məlumata görə, daha sonra platformada Xamenei ilə bağlı bütün əməliyyatlar dayandırılıb. Buna səbəb kimi mərclərin "birbaşa bir insanın ölümü ilə əlaqəli olması" göstərilib və ümumilikdə 54 milyon dollarlıq mərc dondurulub.

Məsələ ABŞ-də də müzakirələrə səbəb olub. Senator Kris Merfi bu cür mərcləri sərt tənqid edib:

"Bu, Amerika kommersiya əxlaqsızlığının zirvəsidir. İnsanlar başqalarının ölümünə mərc edilməsini normal qəbul etməməlidirlər".

"The Washington Post" qəzeti isə yazıb ki, bu hadisə real həyat hadisələri üzərindən qurulan qumar bazarlarının sürətlə genişlənməsini və bunun yaratdığı etik problemləri bir daha gündəmə gətirib.

Qeyd olunur ki, oxşar hallar əvvəllər də baş verib. "Bubblemaps" analitika şirkəti ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Trampın məsləhət şurasında yer aldığı "Polymarket" proqnoz bazarında bəzi şəxslərin ABŞ-nin 28 fevralda İrana zərbə endirəcəyi ilə bağlı mərclərdən 1,2 milyon dollar qazandığını açıqlamışdı.

Həmçinin Pentaqonun kibersiyasət bölməsində çalışan bir məmurun Venesuela Prezidenti Nikolas Maduronun tutulması ilə bağlı mərcdən 400 min dollar qazandığı da bildirilmişdi.

Qeyd edək ki, "Kalshi"nin açıqlamasına görə, Xameneinin ölümünə pul qoyan müştərilər 54 milyon dollarlıq mərcdən heç birini qazana bilməyəcəklər./qafqazinfo

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar