Sizin Reklam Burada
Xəbər lenti
19-10-2026
18-10-2026
BÜTÜN XƏBƏRLƏR

Hakan Fidan Əraqçiyə xəbərdarlıq etdi

Tarix: 04-03-2026 20:39     Baxış: 4107 A- / A+
hakan-fidan-eraqciye-xeberdarliq-etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

Bu barədə Türkiyə mətbuatı Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Telefon danışığı zamanı Fidan Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raket barədə etirazını qarşı tərəfə çatdırıb.

O həmçinin münaqişənin yayılmasına səbəb olacaq hər hansı addımlardan çəkinməyin zəruriliyini ifadə edib.

Qeyd edək ki, İran ərazisindən Türkiyənin hava məkanına yönəlmiş ballistik raket Suriyanın hava məkanında vurulub. Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. İtki yoxdur. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar