Sizin Reklam Burada
Xəbər lenti
21-04-2026
20-04-2026
BÜTÜN XƏBƏRLƏR

Əhmədinejad sağdır

Tarix: 04-03-2026 10:48     Baxış: 459 A- / A+
“Öldü” iddiaları təkzib olundu: Əhmədinejadın yeri açıqlandı
ABŞ–İsrail hücumları zamanı öldüyü iddia edilən İranın sabiq Prezidenti Mahmud Əhmədinejadın sağ olduğu açıqlanıb.

Manevr.az
xəbər verir ki, sabiq prezidentin mətbuat katibi yayılan məlumatları təkzib edərək bildirib ki, Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir: "Cənab Əhmədinejad sağdır və təhlükəsiz yerdədir”.

Əhmədinejadın ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirdiyi açıqlanan İranın ali rəhbəri Əli Xamenei üçün başsağlığı mesajı paylaşdığı da bildirilib. İranın ISNA agentliyinin məlumatına görə, o, mesajında ABŞ və İsrailin ağır hücumu nəticəsində İran İslam Respublikasının ali rəhbərinin, ailə üzvlərinin, bəzi rəsmilərin, komandanların, hərbçilərin, tələbələrin və bir qrup vətəndaşın həlak olması ilə əlaqədar xalqa və mərhumların yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, daha əvvəl ABŞ və İsrailin İrana yönəlik hücumları zamanı Mahmud Əhmədinejadın evinin hədəf alındığı və onun həyatını itirdiyi iddia olunmuşdu. Lakin bu məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməmişdi.

Mahmud Əhmədinejad 1956-cı ildə İranın Simnan əyalətində anadan olub. O, 2005–2013-cü illərdə İranın altıncı prezidenti vəzifəsində çalışıb. Prezidentlik müddəti başa çatdıqdan sonra, 2013-cü ildə İranın ali rəhbəri Əli Xameneinin qərarı ilə Məsləhət Şurasının üzvü təyin edilib. 2017-ci ildə yenidən prezidentliyə namizəd olmaq istəsə də, müraciəti qəbul edilməyib.qaynarinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar