Sizin Reklam Burada
Xəbər lenti
19-04-2026
18-04-2026
BÜTÜN XƏBƏRLƏR

Anna Akopyanın başını Rusiya "yedi"

Tarix: 28-02-2026 08:55     Baxış: 395 A- / A+
Anna Akopyanın başını Rusiya "yedi"
Ermənistanın Baş naziri Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın ayrılması ciddi şəkildə diqqət çəkib. Anna Akopyan artıq hökumət iqamətgahından köçdüyünü açıqlayıb. Onun sözlərinə görə, kirayə mənzildə yaşayacaq, çünki aldığı əmlak hələ ki tikilməkdədir.

Baş nazir Paşinyan isə keçmiş həyat yoldaşının qərarına hörmətlə yanaşdığını, son 30 ildə bütün çətin günlərində onun yanında olduğunu deyib.
"Bəlkə də daha çox acılıq yaratmışam və buna görə üzr istəyirəm”,- Paşinyan bildirib.

Ermənistan cəmiyyəti seçkiqabağı verilən bu qərarı birmənalı qarşılamayıb. Bunun arxasında siyasi maraqların dayandığı, Anna Akopyanın müxalifətlə birləşəcəyi və Rusiyadan yönləndirildiyi iddia edilir.

Politoloq Qabil Hüseynli bildirib ki, Anna Akopyanın qərarının arxasında siyasi məqsədlər dayanır:

“Anna Akopyanın Paşinyandan ayrılmasında sözsüz ki, Rusiya izi var. Seçki ərəfəsində birdən-birə ayrılma qərarının arxasında siyasi məqsədlər dayanır. Böyük oğulları var, 4 övladları dünyaya gəlib. Mən sadəcə xanımın qərarına təəccüblənirəm. Onun başını birinci növbədə Rusiyanın yediyini güman edirəm. Hesab edirəm ki, müxalifətin içərisindən olan müəyyən qüvvələr də rol oynayıb. Hər halda bu, siyasi etika ilə, Ermənistan cəmiyyətinin əxlaqi normalarına o qədər də uyğun gəlməyən bir haldır”.

Politoloq vurğulayıb ki, Anna Akopyan Nikol Paşinyanın eloktarat bazasından heç nə qopara bilməyəcək:

“Anna Akopyan iş adamı Samvel Karepetyanı seçkilərdə dəstəkləyə bilər. Amma inanmıram ki, Anna Akopyan kimi dəsəkləsə, ona xal gətirəcək. Paşinyanın hörməti yüksəkdir. ABŞ də onu müdafiə edib dəstəkləyəcək. Ermənistanda sağlam düşüncəli insanlar kifayət qədərdir. Onlar başa düşəcəklər ki, burada düşmənlərin, xarici agenturanın əli var. Beləliklə də, xanıma xüsusi rəğbət bəsləməyəcəklər. Ona ancaq müxalifət hüsnü-rəğbət bəsləyə bilər. Anna Akopyan Paşinyanın eloktarat bazasından heç nə qopara bilməyəcək”.  

Xatırladaq ki. Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar