Xəbər lenti
Səlcuq Bayraktar Türkiyənin ən varlı on nəfərindən biri oldu

Türkiyənin müdafiə və aerokosmik şirkəti Baykarın 46 yaşlı həmtəsisçisi və sədri Səlcuq Bayraktar sərvəti ilə Türkiyənin ən varlı on nəfərindən biridir.
Manevr.az xəbər verir ki, “Forbes”in açıqladığı hesabata əsasən Səlcuq Bayraktar 2,7 milyard dollarlıq sərvəti ilə ən varlı 10 türk vətəndaşı arasındadır.
Onun qardaşı, Baykarın baş direktoru Haluk Bayraktar da siyahıdadır, lakin 2,4 milyard dollarlıq sərvəti ilə ilk 20-likdə yer alıb.
Baykar Türkiyənin aparıcı müdafiə ixracatçılarından birinə çevrilib. Şirkətin dronlarından Türkiyə ordusu və bir neçə beynəlxalq tərəfdaş istifadə edir. Səlcuq Baykatar şirkətin 52,5%-nə sahibdir və şirkət 2025-ci ildə 2,5 milyard dollar gəlir əldə edib ki, bunun da 88%-i ixracdan gəlib. Baykarın ixracı 2,2 milyard dollar təşkil edir. Bu da dünyanın ən böyük dron ixracatçısı mövqeyini qoruyub saxlamağa imkan verir.ölkə.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































