Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər - Areşev

Tarix: 25-02-2026 20:48     Baxış: 438 A- / A+

“Ermənistandan Rusiyaya qarşı ziddiyyətli siqnallar gəlir. Parlamentin sədri Rusiyanın “Tramp Marşrutu”nda yerinin olmadığını, Baş nazir Nikol Paşinyan isə regional nəqliyyat layihələrinə dəstək üçün Prezident Vladimir Putinlə danışıqlar apardığını deyir”.

Bunu rusiyalı politoloq Andrey Areşev deyib.

Ekspert bildirib ki, hazırda Rusiya və Ermənistan arasında danışıqlar getmir, danışıqlara hazırlıq prosesi gedir.

Areşev “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu”nun üçüncü tərəfə verilməsi ilə bağlı İrəvanın açıqlamasını belə şərh edib:

“Pashinyanın “Cənubi Qafqaz Dəmir Yolu”nun üçüncü tərəfə, məsələn, Qətər, Qazaxıstan və Omana verilməsi barədə açıqlamasından görünür ki, Türkiyə və Azərbaycanın da bu prosesdə iştirakını istisna etmir. Çünki bu məsələ Naxçıvan və Türkiyə ilə bağlıdır”.

Ermənistan KİV-in yaydığı məlumata görə, İrəvan bəzi ölkələrə “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu”nu almaq və idarə etmək üçün müraciət edib. Məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəli dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı Rusiyaya müraciəti kontekstində gündəmə gəlib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Baş nazir Nikol Paşinyanın müvafiq mesajından sonra Moskvanın İrəvanla danışıqlara başlayacağını açıqlamışdı. Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bundan sonra artıq danışıqların başladığını bəyan etmişdi. teleqraf.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar