Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanı qarışdıran azərbaycanlı qardaşlar barədə rəsmi AÇIQLAMA - Şəkil

Tarix: 21-02-2026 20:37     Baxış: 355 A- / A+
Ermənistanı qarışdıran azərbaycanlı qardaşlar barədə rəsmi AÇIQLAMA
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bir neçə gün öncə bu ölkəyə səfər edən azərbaycanlı qardaşlar barədə nəhayət rəsmi açıqlama verib.

Milli Təhlükəsizlik Xidmətindən Ermənistan KİV-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxslər Azərbaycan deyil, Rusiya Federasiyasının vətəndaşlarıdır.

Təhlükəsizlik Xidmətindən onu da əlavə ediblər ki, həmin azərbaycanlılar daha əvvəllər - 2013 və 2014-cü illərdə də Ermənistanda səfərdə olublar.

“Onlar Ermənistana Baqrataşen sərhəd keçid məntəqəsindən daxil olublar və səfər şəxsi xarakter daşıyır”, - MTX-dən verilən açıqlamada deyilib.

Xatırladaq ki, əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədovun bu günlərdə Ermənistana getməsi və orada sərbəst hərəkət etməsi qonşu ölkədə böyük rezonans doğurub, hadisə gündəm olub.


Onu bu səfərdə qardaşı müşayiət edib. Onlar Ermənistanda öz maşınları ilə hərəkət ediblər. 

Rövşən Əhmədovun İrəvanın mərkəzindəki Respublika meydanından və Gümrü şəhərindən etdiyi paylaşımlar sosial şəbəkələrdə maraqla izlənilib.

Həmin paylaşımlar sosial şəbəkələrin erməni seqmentində ciddi narahatlıqla qarşılanıb. Ermənilər rəsmi qurumlardan məsləyə aydınlıq gətirməyi tələb edinlər.

Əslən Ermənistanın Amasiya rayonunun Öksüz kəndindən olan Rövşən Əhmədovun qardaşı ilə birgə doğulduğu yerə də səfər edib və ata-baba evini axtarıb.

Onun ailəsi 1980-ci illərin sonunda etnik təmizləmələr zamanı doğma yurdunu tərk edərək Rusiyaya köçüb. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar