Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Dondurma və soyuq içkilər təhlükəli deyilmiş: Rusiyalı mütəxəssis izah etdi

Tarix: 21-02-2026 08:36     Baxış: 456 A- / A+
"Soyuq içkilər və dondurma ənənəvi olaraq soyuqdəymənin səbəbi hesab olunur. Lakin düzgün yanaşma ilə bunlar faydalı ola bilər".

Bunu Gazeta.ru-ya rusiyalı otorinolarinqoloq Anton Rizayev bildirib.

"Bədənimiz hər gün çoxlu sayda mikrobla qarşılaşır və onların bir qismi infeksiyalara səbəb ola bilər. Bu şəraitdə sağlamlıq birbaşa immun sisteminin koordinasiyalı fəaliyyətindən asılıdır. Onun effektivliyinə bir sıra amillər təsir göstərir: kifayət qədər yuxu, yetərli miqdarda protein, vitamin və mineralların qəbulu, xroniki stresin olmaması və ümumilikdə sağlam həyat tərzi", - deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, soyuqdəymə immun sistemini müvəqqəti zəiflədə bilən amillərdən biridir: "Ümumi və ya lokal hipotermiya immun reaksiyaya cavabdeh olan hüceyrələrin - leykositlərin fəaliyyətini azaldır və toxumalarda qan dövranını zəiflədir. Bu isə oksigen və qida maddələrinin çatdırılmasının azalmasına səbəb olur. Buna görə də bir çox infeksiya hipotermiyadan sonra inkişaf edir - bu zaman mikroblar immun sistemi üzərində nisbi üstünlük qazanır".

Lakin həkim bunun əks tərəfinin də olduğunu vurğulayıb: "Mənfi amillərə orta və müntəzəm şəkildə məruz qalma zamanı orqanizm uyğunlaşır və müdafiə mexanizmlərini gücləndirir".

Mütəxəssis izah edib ki, hipotermiya həddindən artıq deyilsə və immun sistemini ciddi şəkildə zəiflətmirsə, bədən soyuğa qarşı təbii adaptasiya mexanizmlərini işə salır: "Müqavimət tədricən formalaşır - həm ümumi, həm də lokal səviyyədə, məsələn, boğazda. Nəticədə bu cür təsirlər xəstəliyin başlanğıc səbəbi olmaqdan çıxır".

Həkim boğazın dondurma ilə "bərkidilməsi"nin mümkünlüyünü də qeyd edib: "Bərkitmə elementləri uşaqlıqdan tətbiq olunarsa, daha effektiv nəticə verir. Valideynlər uşağın sərin su və ya süd qəbulunu həddindən artıq məhdudlaşdırmadıqda, gəzinti zamanı onu normadan artıq bürümədikdə, mülayim temperatur təsirləri adi hala çevrilir və xəstəliklərə səbəb olmur.

Əksinə, həddindən artıq "istixana şəraiti" və soyuqdan ifrat qorunma immun reaksiyaların tam formalaşmasına mane ola bilər. Bu, çox vaxt artıq uşaq bağçası və ya məktəb dövründə tez-tez soyuqdəymə halları ilə özünü göstərir.

Yetkin yaşda isə əsas prinsip tədricilik və müntəzəmlikdir. Tez nəticə əldə etmək istəyi burada yersizdir - orqanizmə uyğunlaşmaq üçün vaxt lazımdır.

Beləliklə, soyuq içkilər və qida məhsulları, o cümlədən dondurma, həqiqətən də boğazın xəstəliklərə qarşı müqavimətini artıra bilər. Əsas şərt isə tədricən yanaşmaq və xroniki xəstəliklər mövcuddursa, onları vaxtında müalicə etdirməkdir". oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar