Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Qəzzaya hərbi kontingent göndərə bilər

Tarix: 20-02-2026 08:20     Baxış: 343 A- / A+
Türkiyə Qəzzada fəaliyyət göstərəcək polis qüvvələrinə təlim keçməyi öhdəsinə götürüb.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.

Nazir bildirib ki, Türkiyə Qəzzaya yalnız humanitar yardım göstərməklə kifayətlənməyəcək. Türkiyə hökuməti həm də bölgədə asayişin təmin olunması məqsədilə formalaşdırılacaq polis qüvvələrinə təlim verilməsi ilə bağlı öhdəlik götürüb. Onun sözlərinə görə, bölgəyə hərbçi göndərilməsi məsələsi də Türkiyənin gündəmindədir.

“Qəzzada yaşayan iki milyondan artıq insanın yerli təhlükəsizlik və asayiş xidmətlərinin təmin edilməsi məqsədilə polis qüvvəsi məsələsi müzakirə olunur. Bu çərçivədə yaradılacaq yerli polis təşkilatına təlim verilməsi ilə bağlı ölkəmizin öhdəliyi var.

Bundan əlavə, tərəflər razılığa gəldiyi təqdirdə Qəzzaya sülhməramlı qüvvə göndərilməsi məsələsində də cənab prezidentin siyasi iradəsi mövcuddur.

Vermək istədiyimiz əsas mesaj budur: istər humanitar yardım, istər Qəzzanın idarə olunmasına dəstək, istər infrastruktur, su və əsas ictimai xidmətlərin bərpası, istərsə də sabitliyin təmininə töhfə olsun, Türkiyə bütün bu sahələrdə hərtərəfli dəstək göstərməyə hazırdır”, – deyə nazir vurğulayıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar