Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Trampdan Xameneiyə açıq MESAJ: Mən yatmaqdan qorxardım

Tarix: 15-02-2026 22:43     Baxış: 345 A- / A+
Trampdan Xameneiyə açıq MESAJ: Mən yatmaqdan qorxardım
ABŞ prezidenti Donald Tramp İranın ali lideri ayətullah Əli Xameneiyə hazırkı yerinin ictimaiyyətə açıqlanması ehtimalı barədə xəbərdarlıq edib.
"Əgər mən İranın ali lideri olsaydım, bir yerdə çox uzun müddət yatmaqdan ehtiyat edərdim", - deyə Tramp bildirib.
Manevr.az xəbər verir ki, daha əvvəl də xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp danışıqların çıxılmaz vəziyyətə düşəcəyi təqdirdə İrana qarşı güc tətbiqini istisna etmədiyini bildirib. O, hərbi variantın masada qaldığını və Vaşinqtonun buna diplomatiyaya alternativ kimi baxdığını vurğulayıb.
Tramp həmçinin elan edib ki, artıq orada yerləşdirilməsinə baxmayaraq, tezliklə ikinci təyyarədaşıyan gəmi regiona göndəriləcək və bu da Amerika hərbi mövcudluğunu gücləndirəcək.
Ağ ev rəhbəri danışıqlardan müsbət nəticə gözlədiyini vurğulayıb. Lakin o, çıxışlarından sonra sərt bir xəbərdarlıq edib: diplomatiya uğursuz olarsa, İran üçün "çox pis bir gün olacaq".
Beləliklə, Tramp ABŞ-ın dialoq uğursuz olarsa, daha qətiyyətli tədbirlər görməyə hazır olduğunu açıq şəkildə göstərib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar