Xəbər lenti
İstanbulda şadlıq sarayları ilə bağlı maraqlı qərar: Həftənin bir günündə toy etmək qadağan edildi
Türkiyədə İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası bu sahədə əks-səda doğuracaq bir qərara imza atıb.Bu barədə "Haber Global" xəbər verir.
Məlumata görə, martın 1-dən etibarən şəhərdə fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy təşkil edilən məkanlar və qız istəmə evləri çərşənbə axşamı günləri fəaliyyətini dayandıracaq.
İşçilərin rifahını və davamlılığı üstün tutan bu tövsiyə xarakterli qərar həm obyekt sahiblərinin, həm də personalın istirahət hüququnun qorunması məqsədi daşıyır. Həmçinin birdən çox məkana sahib olanların iş yükünün nizamlanması və təqdim olunan xidmət keyfiyyətinin artırılması da əsas məqsədlər sırasında yer alır.
Çərşənbə axşamı günləri tədbir təşkil etmək istəyən müəssisələr üçün isə xüsusi tənzimləmə tətbiq edilib. Belə hallarda müəssisələr mövcud vəziyyəti quruma yazılı formada əvvəlcədən bildirməlidir.
Qəbul edilən qərara riayət etməyən obyektlərə qarşı müvafiq tədirlər görüləcək. oxu.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































