Xəbər lenti
Şəhər əhalisi 16 milyona çatır: xaricilər köç edir

2025-ci il dekabrın 31-nə olan məlumata görə, Türkiyə əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 427.224 nəfər artaraq 86.092.168 nəfər təşkil edib.
Manevr.az bu barədə Türkiyə Statistika İnstitutunun (TÜİK) fevralın 9-da Ankarada açıqladığı məlumatlara istinadla xəbər verir.
TÜİK-in məlumatlarına görə, Türkiyədə kişilərin sayı 43.059.434 (50,02%), qadınların sayı isə 43.032.734 (49,98%) nəfər olub. Bu ölkədə yaşayan xarici vətəndaşların sayı il ərzində 38.968 nəfər artaraq 1.519.515 nəfərə çatıb.
Şəhər əhalisi 93,4%, kənd əhalisi isə 6,4% təşkil edib.Türkiyənin 33 vilayətinin əhalisinin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə azalıb.
İstanbulun əhalisi 15.754.053 nəfərdir ki, bu da 2024-cü illə müqayisədə 52.451 nəfər çoxdur. Bu böyük şəhərdə Türkiyə əhalisinin 18,3%-i yaşayır.
Paytaxt Ankaranın əhalisi 5.910.320, İzmirin əhalisi isə 4.504.185 nəfərdir. Bursa (3.263.011 nəfər ) və Antalya (2.777.677 nəfər) şəhərləri ilk beşliyi tamamlayır.
2025-ci ildə Türkiyə əhalisinin orta yaş göstəricisi 2024-cü ildə qeydə alınan 34,4 il ilə müqayisədə artıb və 34,9 il olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































