Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Vensin açıqlamasına görə İrəvana xəbərdarlıq edildi

Tarix: 12-02-2026 22:46     Baxış: 347 A- / A+

“Ermənistan ABŞ ilə nüvə enerjisi sahəsində 9 milyard dollar dəyərində məhsul və xidmətlərin tədarükü barədə razılaşaraq, faktiki olaraq sınaqdan keçirilməmiş Amerika texnologiyaları üçün təcrübə poliqonuna çevrilmək riski ilə üz-üzədir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Diplomat bildirib ki, bu məsələ çox qaranlıqdır, çünki Vaşinqtonun razılaşma çərçivəsində təklif etdiyi reaktorlar yalnız kağız üzərində mövcuddur, bütün xərcləri isə İrəvan ödəməli olacaq, özü də reklam bukletlərində göstəriləndən daha yüksək qiymətlərlə.

“Üstəlik, bildirildiyinə görə, vəsaitlər hələ yaradılmamış fond vasitəsilə yönləndiriləcək və bu fond guya əvvəlcə başqa infrastruktur layihələri üçün nəzərdə tutulmuşdu. Yəni hər şey çox qaranlıq görünür”, - o qeyd edib.

Zaxarova həmçinin bildirib ki, Ermənistanın bəzi informasiya resursları bu xəbəri “Vaşinqtonun Ermənistan iqtisadiyyatına görünməmiş investisiyası” kimi təqdim etməyə tələsiblər: “Əsas odur ki, nə vaxtsa “görünməmiş investisiya” ifadəsi “heç vaxt olmayıb və olmayacaq” mənasında işlədilməsin”.

Rusiya rəsmisinin sözlərinə görə, Ermənistan faktiki olaraq öz vəsaiti hesabına sınaqdan keçirilməmiş ABŞ texnologiyalarının test edildiyi poliqona çevrilə bilər.

Mariya Zaxarova əlavə edib ki, Ermənistan istədiyi tərəfdaşlarla əməkdaşlıq etməkdə azaddır, amma Amerika texnologiyalarının seçilməsi suallar doğurur: “Vaşinqtonun təklif etdiyi zəif güclü atom elektrik stansiyaları nə ABŞ-də var, nə də ümumiyyətlə realdır, onlar yalnız kağız üzərində mövcuddur. Eyni zamanda, yekun xərc müştərilər üçün reklam bukletlərində göstəriləndən xeyli yüksək ola bilər”.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Vaşinqtonun Ermənistana təxminən 9 milyard dollar dəyərində mülki nüvə enerjisi üzrə məhsul və xidmətlər, o cümlədən kiçik modul reaktorlarının tədarükünü planlaşdırdığını açıqlamışdı. teleqraf.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar