Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Trampla bağlı mübahisəyə görə qızını öldürdü

Tarix: 11-02-2026 09:09     Baxış: 355 A- / A+
trampla-bagli-mubahiseye-gore-qizini-oldurdu
ABŞ-nin Texas ştatında atası tərəfindən güllələnərək öldürülən britaniyalı gənc qadınla bağlı məhkəmə prosesi başlayıb.

İddialara görə, hadisədən əvvəl qadın atası ilə ABŞ Prezidenti Donald Tramp barədə kəskin mübahisə edib.

2025-ci il yanvarın 10-da Dallas yaxınlığındakı Prosper şəhərində 23 yaşlı Lüsi Harrisonun atası Kris Harrison tərəfindən öldürülməsi ilə bağlı dinləmələr İngiltərənin Çeşir bölgəsində keçirilir.

BBC-nin məlumatına görə, mərhumun sevgilisi Sem Littler məhkəmədə verdiyi ifadədə bildirib ki, hadisə günü Lüsi atası ilə Trampın ikinci prezidentlik müddətinə hazırlaşması mövzusunda böyük və gərgin mübahisə yaşayıb. Onun sözlərinə görə, mübahisə getdikcə şiddətlənib.

Littlerin ifadəsinə əsasən, mübahisədən təxminən yarım saat sonra və hava limanına getməyə az qalmış Lüsi mətbəxdə olarkən atası onun əlindən tutaraq, birinci mərtəbədə yerləşən yataq otağına aparıb. Təxminən 15 saniyə sonra isə evdən silah səsi eşidilib.

Məhkəmədə iştirak etməyən Kris Harrison yazılı açıqlamasında hadisə günü spirtli içki qəbul etdiyini təsdiqləsə də, silahın tətiyini çəkib-çəkmədiyini xatırlamadığını bildirib.

İlkin ifadəsində Harrison qızına yataq otağındakı şkafda gizlətdiyi 9 mm-lik “Glock” yarımavtomat tapançanı göstərmək istədiyini, silahı qaldırdığı anda partlayış səsi eşitdiyini və qızının yerə yıxıldığını deyib.

Dinləmələr məhkəmə patoloqunun rəyinin açıqlanacağı çərşənbə gününədək təxirə salınıb. qafqazinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar