Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ermənistanda AES layihəsinin icrasına qısa müddətdə başlamaq istəyir

Tarix: 10-02-2026 08:16     Baxış: 381 A- / A+

“Rosatom” dövlət korporasiyası Ermənistanda atom elektrik stansiyasının tikintisi layihəsinin icrasına ən qısa müddətdə başlamağa hazırdır.

Bu barədə “İzvestiya” qəzetinə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.

Onun sözlərinə görə, “Rosatom” layihənin həyata keçirilməsinə erməni tərəfinin istəkləri nəzərə alınmaqla başlamağa hazırdır.

Qaluzin qeyd edib ki, etibarlı və artıq sınaqdan çıxmış texnologiyaların mövcudluğu, həmçinin maliyyə parametrlərinin cəlbediciliyi baxımından, o cümlədən tikinti, sonrakı istismar, kadrların hazırlanması və yenidən hazırlanması zərurəti nəzərə alınmaqla real alternativlər görünmür.

Fevralın 6-da “Rosatom”un baş direktoru Aleksey Lixaçov Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüşüb. Dövlət korporasiyasının rəhbəri görüşdə Ermənistan AES-in istismar müddətinin növbəti dəfə uzadılması üzrə görülən işlərin gedişi barədə məlumat verib. Eyni zamanda, Ermənistanda yeni atom enerji bloklarının tikintisi məsələsi də müzakirə olunub. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar