Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada morqda dəhşətli hadisə: Mərhumların bədən hissələri satılıb

Tarix: 07-02-2026 08:23     Baxış: 3101 A- / A+
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən xəstəxana morqundan bioloji materialların kommersiya şirkətlərinə təcrübələr üçün qanunsuz şəkildə satılması ilə bağlı sxem hüquq-mühafizə orqanları tərəfindən ifşa edilib.

 "İnterfax" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, anatomik biomodellərin hazırlanması üzrə ixtisaslaşmış kommersiya təşkilatının təsisçisi, eləcə də xəstəxananın patoloji-anatomiya şöbəsinin müdiri saxlanılıb. Hazırda onların barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Polisin məlumatına əsasən, şəhər xəstəxanalarından birinin rəhbərliyi pul müqabilində uzun müddət ərzində mərhumların bədən hissələrinin qanunsuz çıxarılmasına şərait yaradıb.

Sonradan əldə edilən biomateriallar müxtəlif kommersiya təşkilatlarına ötürülərək kosmetologiya, cərrahiyyə və stomatologiya sahələrində təcrübə nümunəsi kimi istifadə olunub.

Araşdırma zamanı müəyyən edilib ki, kommersiya məqsədli tədqiqatlar aparan şəxslərə lazımi sənədlər rəsmiləşdirilmədən morqda yarılma aparmağa icazə verilib. Bundan başqa, mərhumların cəsədlərinin dəyişdirilməsi halları da qeydə alınıb. Məqsəd isə sonradan müraciət edən qohumların tibb müəssisəsinin rəhbərliyini qanunsuz fəaliyyətdə şübhəli bilməməsi olub. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar