Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Epşteyn və Fətullah Gülənin ortaq nöqtəsi

Tarix: 05-02-2026 13:56     Baxış: 350 A- / A+
ABŞ-da Epşteyn işi ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqlanmasından sonra diqqətçəkən detallar üzə çıxıb. Sənədlər dünyada böyük rezonans doğurduğu bir vaxtda, fayllarla əlaqəli adlar arasında maraqlı bir uyğunluq müəyyən edilib.
Manevr.az xəbər verir ki, ABŞ Baş prokurorunun müavini Todd Blanşın açıqlamasına görə, Epşteyn istintaqına dair minlərlə yeni sənəd artıq ictimaiyyət üçün əlçatandır. Həmin sənədlərdə yer alan məlumatlar Epşteyn işi ilə FETÖ terror təşkilatının lideri Fətullah Gülən arasında hüquqi baxımdan gözlənilməz bir əlaqəni üzə çıxarıb.
Məlum olub ki, ABŞ-da vəfat edən FETÖ lideri Fətullah Gülənin əsas vəkillərindən biri olan Reid Weingarten eyni zamanda maliyyəçi Jeffrey Epşteynin də müdafiə tərəfini təmsil edib.
ABŞ-ın ən nüfuzlu və yüksək maaşlı müdafiə vəkillərindən biri kimi tanınan Reid Weingarten hər iki şəxs üçün kritik dövrlərdə aparıcı rol oynayıb. O, 2008-ci ildə Epşteynin yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamı ilə mühakimə olunduğu məhkəmədə müdafiə qrupunun əsas üzvlərindən biri olub. Həmin məhkəmə prosesi sonradan "əsrin ən yüngül hökmü" kimi qiymətləndirilib.
Reid Weingarten uzun illər Steptoe & Johnson hüquq firmasında fəaliyyət göstərib və Türkiyənin Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a ünvanladığı tələblərə qarşı qurulan müdafiə strategiyasında əsas fiqurlardan biri olub. Bu məsələ ABŞ mətbuatında dəfələrlə gündəmə gətirilib.
Onun müştəri portfeli əsasən beynəlxalq qalmaqallara səbəb olan, siyasi və maliyyə baxımından böyük gücə sahib şəxslərdən ibarət olub.milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar