Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

İlon Mask tarixə düşdü: Sərvəti 800 milyard dolları aşan ilk şəxs oldu

Tarix: 04-02-2026 17:07     Baxış: 351 A- / A+
İlon Mask tarixə düşdü: Sərvəti 800 milyard dolları aşan ilk şəxs oldu
Amerikalı milyarder İlon Mask kosmos və aerokosmik şirkət "SpaceX”in süni intellekt və sosial media təşəbbüsü olan "xAI”ni öz tərkibinə qatmasından sonra sərvəti 800 milyard dolları ötən ilk şəxs olub.


Anadolu Agentliyi xəbər verir ki, "Forbes”in hesablamalarına əsasən, "SpaceX” və "xAI” arasında bağlanan razılaşma Maskın sərvətini 84 milyard dollar artıraraq 852 milyard dollara çatdırıb. Birləşmiş şirkətin ümumi dəyərinin isə 1,25 trilyon dollar olduğu təxmin edilir.

Razılaşmadan əvvəl İlon Mask "SpaceX”də təxminən 42 faiz, "xAI”da isə 49 faiz paya sahib idi. Razılaşmadan sonra onun dəyəri 542 milyard dollar olaraq qiymətləndirilən birləşmiş şirkət səhmlərinin 43 faizinə nəzarət etdiyi bildirilir.

Bu rəqəmlər "SpaceX”in Maskın açıq şəkildə ən dəyərli aktivinə çevrildiyini göstərir. Məlumata görə, Mask "Tesla”da 12 faiz paya malikdir və ümumi dəyəri 124 milyard dollar olan səhm opsiyonlarına sahibdir.

Maskın sərvəti 2025-ci ilin oktyabrında 500 milyard dollar, "SpaceX”in yeni dəyərləndirilməsindən sonra dekabrda 600 milyard dollar, bundan cəmi dörd gün sonra isə 700 milyard dollar həddini keçməklə tarixə düşmüşdü.

"Forbes”in məlumatına görə, İlon Mask hazırda dünyanın ikinci ən varlı şəxsi olan "Google”un qurucu ortaqlarından Larri Peycdən 578 milyard dollar daha zəngindir və bununla da dünyanın ilk trilyoneri olmağa bir addım da yaxınlaşıb./qaynarinfo 

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar