Sizin Reklam Burada
Xəbər lenti
11-05-2026
10-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ufuk Özkana qaraciyər köçürüldü

Tarix: 04-02-2026 11:27     Baxış: 376 A- / A+
Ufuk Özkana qaraciyər köçürüldü
Türkiyənin məşhur aktyoru Ufuk Özkan qaraciyər çatışmazlığı səbəbindən bu gün orqan transplantasiyası əməliyyatı keçirib.
Manevr.az xəbər verir ki, uzun və çətin əməliyyatdan sonra Özkanın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.
“Təxminən 10-11 saat davam edən texniki cəhətdən çətin bir əməliyyat idi. Xəstənin əvvəlki cərrahi əməliyyatları prosesi daha da çətinləşdirdi. Lakin komanda olaraq əməliyyatı heç bir problem olmadan başa vurduq və nəticədən məmnunuq. Xəstəmizi yaxından izləyəcəyik”, - deyə qeyd edilib.
Həmçinin bildirilib ki, Ufuk Özkanın reanimasiya dövründən sonra yaxın günlərdə adi palataya köçürülməsi planlaşdırılır.
Xatırladaq ki, 2023-cü ildə qaraciyər çatışmazlığı diaqnozu qoyulan və təxminən iki ildir müalicə alan Ufuk Özkan səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmiş, daha sonra donor tapılması üçün sosial mediada kampaniya başladılmışdı.
Qeyd edək ki, “Geniş Aile”, “Zengin kız, fakir oğlan” kimi məşhur seriallarda rol alan aktyor həm də “Ben Bilmem Eşim Bilir” proqramının aparıcısı olaraq tanınır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar