Sizin Reklam Burada
Xəbər lenti
20-04-2026
19-04-2026
18-04-2026
BÜTÜN XƏBƏRLƏR

Hədələdiyi prezidentlə görüşdü, “böyük şərəfdir” dedi - Şəkillər

Tarix: 04-02-2026 09:01     Baxış: 495 A- / A+
hedelediyi-prezidentle-gorusdu-boyuk-serefdir-dedi
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə qapalı görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüş Trampın daha əvvəl Petronu narkotik qaçaqmalçılığı ilə bağlı sərt şəkildə ittiham etməsi və hətta hərbi müdaxilə ilə hədələməsindən sonra baş tutub.

Qapalı görüşdən sonra tərəflər rəsmi açıqlama verməsələr də, həm Ağ Ev, həm də Kolumbiya Prezidenti Petro görüşə dair fotoları sosial şəbəkələrdə paylaşıb.

Ağ Evin yaydığı şəkillərdən birində Kolumbiya nümayəndə heyətinin üzvlərindən birinin əlində “Kolumbiya narkoterrorçulara qarşı ABŞ-nin bir nömrəli müttəfiqidir” yazılmış sənəd tutduğu diqqət çəkib.

Kolumbiya Prezidenti Qustavo Petro da Tramp tərəfindən ona təqdim edilən bir foto və qeydi paylaşaraq, üzərində “Qustavo, böyük şərəfdir. Kolumbiyanı sevirəm” sözləri yazılmış mesajı yayımlayıb. Fotoda iki liderin ayaqüstə əl sıxdığı görünür.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Qustavo Petronu narkotik qaçaqmalçılığı ilə ittiham edərək, Kolumbiyanın “kokain istehsal edib ABŞ-yə satan” bir lider tərəfindən idarə olunduğunu iddia etmişdi. Tramp Venesuelada həyata keçirilən əməliyyatlara bənzər hərbi müdaxilənin zərurət yaranacağı təqdirdə Kolumbiyada da mümkün ola biləcəyini bildirmişdi.

Kolumbiya Prezidenti Petro isə bu açıqlamalara cavab olaraq ölkəsinin narkotiklərlə mübarizədə əldə etdiyi nəticələri xatırlatmış və hökumətinin rekord miqdarda kokain müsadirə etdiyini vurğulamışdı. ABŞ-nin Kolumbiyada narkotik qaçaqmalçılarına qarşı hərbi əməliyyata başlamasının mülki itkilərə səbəb ola biləcəyini bildirən Petro “Kolumbiyanı müdafiə etmək üçün silah götürməyə hazıram” deyə bəyan etmişdi. qafqazinfo

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar