Xəbər lenti
ABŞ Nigeriyaya hərbi kontingent göndərdi
ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərib.Bu barədə "Reuters" agentliyi ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbəri general Daqvin Anderson məlumat yayıb.
Agentliyin qeyd etdiyinə görə, bu addım ABŞ hərbçilərinin Nigeriyada mövcudluğunun ilk rəsmi təsdiqi olub. Məlumatda bildirilir ki, bu, iki ölkənin Qərbi Afrikada terror təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlməsindən sonra mümkün olub.
“Bu, ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə, o cümlədən ABŞ tərəfindən unikal imkanlar təqdim edən kiçik bir komandanın göndərilməsinə gətirib çıxardı”, – deyə Anderson bildirib.
General missiyanın miqyası və şəxsi heyətin sayı barədə məlumat verməyib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































