Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Obama həbs oluna bilər - Tramp onu günahlandırır

Tarix: 01-02-2026 13:22     Baxış: 335 A- / A+
Obama həbs oluna bilər - Tramp onu günahlandırır
Son günlər sosial mediada və bəzi nəşrlərdə, o cümlədən The American Conservative jurnalında, ABŞ-ın keçmiş prezidenti Barack Obama-nın həbs olunması ilə bağlı xəbərlər yayılıb.
Manevr.az xəbər verir ki, məqalələrdə və paylaşımlarda əsasən Donald Trampın keçmiş prezidentə qarşı ittihamlar irəli sürdüyü və həbs olunması çağırışları etdiyi iddia edilir.
Məlumata görə, Ağ Evin rəhbəri iddia edir ki, Obama 2016-cı il seçkilərinin gedişi ilə bağlı yalan kəşfiyyat məlumatlarının saxtalaşdırılması üçün Mərkəzi Kəşfiyyat İdarəsinə şəxsən göstəriş verib. Tramp bunu sabiq prezident tərəfindən həyata keçirilməyə cəhd edilən dövlət çevrilişi adlandırıb və buna görə Obamanın məsuliyyət daşımalı olduğunu bildirib.
Jurnal qeyd edir ki, bu xəbərin yayılmasından bir neçə gün əvvəl Tramp administrasiyasının bəzi yüksək vəzifəli rəsmilərinin iştirakı ilə Federal Təhqiqat Bürosu 2020-ci il prezident seçkiləri ilə bağlı Corciya ştatının Fulton dairəsində yerləşən seçki məntəqəsindən sənədləri müsadirə edib. Qeyd edək ki, həmin seçkilərdə Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlmişdi.
Lakin hüquqi və rəsmi mənbələr bu məlumatı təsdiqləmir. ABŞ hüquq sistemi çərçivəsində prezidentin və ya keçmiş prezidentin həbs olunması üçün məhkəmə prosesi, ittiham və hüquqi addımların olması zəruridir. Hazırda belə bir rəsmi proses yoxdur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar