Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp Obamanın həbsini tələb etdi

Tarix: 01-02-2026 09:02     Baxış: 329 A- / A+

ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri zamanı onun guya Rusiya ilə əməkdaşlıq etməsi ilə bağlı ittihamların saxtalaşdırılması səbəbindən keçmiş prezident Barak Obamanın həbs olunmasını tələb edib.

Bu barədə "The American Conservative" jurnalı məlumat yayıb.

Məlumata görə, Tramp "Truth Social" hesabında paylaşdığı açıqlamada Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) 2016-cı il seçkilərinin gedişi ilə bağlı kəşfiyyat məlumatlarını saxtalaşdırmaq barədə şəxsən göstəriş verdiyini iddia edib. ABŞ Prezidenti bunu dövlət çevrilişinə cəhd adlandıraraq, Obamanın məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.

Jurnal qeyd edir ki, bu açıqlamadan bir neçə gün əvvəl FBI Tramp administrasiyasının bəzi yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Corciya ştatının Fulton dairəsində 2020-ci il prezident seçkiləri ilə bağlı sənədləri müsadirə edib. Həmin seçkilərdə Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar