Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Körpə qidaları beyin inkişafını məhv edə bilər - QORXUNC TAPINTI

Tarix: 29-01-2026 09:12     Baxış: 344 A- / A+
Körpə qidaları beyin inkişafını məhv edə bilər - QORXUNC TAPINTIQlobal miqyasda bir sıra körpə qidalarının geri çağırılması sistemli bir problemi üzə çıxarıb. Belə ki, mürəkkəb tərkibli qidaları ana südünə daha çox bənzətmək istəyi çirklənmə riskini artırır və təchizat zəncirinə nəzarəti zəiflədir.
Manevr.az xəbər verir ki, Fransada iki körpənin ölümünün "Nestle" körpə qidası ilə mümkün əlaqələr üçün araşdırılır.
ABŞ-da körpələrin xəstəxanaya yerləşdirilməsi "ByHeart" startapının məhsullarının geniş miqyasda geri çağırılmasına səbəb oldu.
Bu hadisələr əsas bazar oyunçularına - "Nestle", "Danone" və "Abbott"-a təsir edib və rəsmi olaraq dünyada ən çox tənzimlənən sahələrdən biri hesab edilən uşaq qidası sənayesinə etimadı sarsıdıb. Böhranın əsas elementi körpə qidasında geniş istifadə edilən və beyin inkişaf etdirici əlavə olan araxidon turşusu (ARA) ilə bağlıdır. Nestle-nin çirklənmənin mənbəyi olaraq dünyanın ən böyük istehsalçılardan biri - Çin şirkəti "Cabio"-nu ittiham edib. Təchizatçıların çoxalması və qidaya nəzarət tənzimləmələrinin dövlət yoxlamalarından daha çox özəl auditlorlara etibar edilməsi problemi kəskinləşdirib.
Nestle-nin məhsullarını geri çağırması şirkət tarixində ən böyük geri çağırışdır və 60-dan çox ölkəyə təsir göstərir.
Qlobal dünyanın tərkib hissəsi olan Azərbaycandan da bu məsələ yan keçməyib. 2025-ci il noyabrın 11-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ABŞ "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının körpələrdə botulizm hallarına (zəhərli bakteriya ilə baş verən ağır qida zəhərlənməsi) səbəb olmasına görə ölkəmizdə istifadəsinə qarşı xəbərdarlıq yayıb.
2026-cı il yanvarın 7-də isə “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib. Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağrılıb. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalıdır.
Xatırladaq ki, ÜST-ün tövsiyyəsinə görə, ana südü ilə qidalandırma körpələri qidalandırmağın ən təhlükəsiz və ən təsirli yolu olaraq qalır, lakin körpə qidası bazarı böyüməyə davam edir və 2034-cü ilə qədər dövriyyəsi 180 milyard dolları keçə bilər.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar