Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Çin ilk robot-kosmonavt yaradacaq

Tarix: 28-01-2026 09:11     Baxış: 366 A- / A+

Çində insanabənzər platforma əsasında ilk robot-kosmonavtın hazırlanmasına start verilib.
Manevr.az xəbər verir ki, bu barədə "Gasgoo" yazır.
Çinin "ENGINEAI Robotics Technology" şirkəti aerokosmik "Interstellor" şirkəti ilə strateji tərəfdaşlıq elan edib. Tərəflər "PM01" adlı insanabənzər platforma üzərində robot-kosmonavtın yaradılmasını nəzərdə tutan birgə proqram həyata keçirirlər.
Bildirilir ki, layihə Çində kosmik tədqiqatlarda antropomorf robotlardan istifadənin ilk nümunəsi olacaq və süni intellekt texnologiyaları ilə aerokosmik mühəndisliyin yaxınlaşmasını əks etdirir. "PM01" "ENGINEAI" şirkətinin flaqman məhsulu hesab olunur. Robot bir neçə sensorun məlumatlarını birləşdirən yüksək dəqiqlikli qavrayış sisteminə malikdir, real vaxt rejimində minimal gecikmə ilə hərəkətləri idarə edə və şirkətin öz alqoritmləri əsasında müstəqil qərarlar qəbul edə bilir.
Çin şirkətində vurğulanıb ki, kosmik şərait robotlardan Yer üzündəki şərtlərlə müqayisədə xeyli daha yüksək etibarlılıq, uyğunlaşma və avtonomluq tələb edir. Robot vakuumda, mikroqravitasiya şəraitində, kəskin temperatur dəyişiklikləri və güclü radiasiya fonunda fəaliyyət göstərməlidir.
Tərəfdaşlıq çərçivəsində "ENGINEAI" hərəkətlərin idarə edilməsi sistemləri, mürəkkəb mühitə uyğunlaşma və süni intellekt alqoritmlərinə cavabdeh olacaq, "Interstellor" isə kosmik mühəndislik və missiyaların hazırlanması sahəsində ekspertiza təqdim edəcək. Şirkətlər artıq bir sıra birgə simulyasiyalar və risk qiymətləndirmələri aparıblar.
Gözlənilir ki, gələcəkdə kosmosda robotlar xarici baxışlar, texniki xidmət və təhlükəli zonalarda işləri yerinə yetirərək astronavtlar üçün riskləri və yükü azaldacaq. Eyni zamanda, ekstremal şərait intellektual sistemlərin dayanıqlığının yoxlanılması üçün sınaq meydanı rolunu oynayacaq. Növbəti mərhələdə PM01-in kosmik mühitə uyğunlaşdırılması və real kosmik eksperimentlərə keçid hədəflənir.teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar