Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ümid edirəm ki, dayım həbs olunacaq

Tarix: 23-01-2026 20:48     Baxış: 3100 A- / A+
İranın ali rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani "Avronyus" (Euronews) kanalına müsahibəsində deyib ki, Xamenei etirazlara baxmayaraq, hakimiyyətdən getməyəcək.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, Xamenei “son damla qanına qədər” müqavimət göstərəcək.

Siyasi mühacir bildirib ki, İranda davam edən basqılar etirazlara son qoymayacaq. Onun fikrincə, dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xameneinin könüllü şəkildə istefa verəcəyinə inanmır.

Xameneini diktatorlarla müqayisə edən Muradxani əlavə edib ki, bu tip liderlər son ana qədər hakimiyyətdə qalmağa çalışır və geri çəkilmirlər.

Qeyd edək ki, 1986-cı ildən Fransada mühacirətdə yaşayan 62 yaşlı Muradxani Fransanın şimalında, Lill şəhəri yaxınlığında fəaliyyət göstərən otolarinqoloq həkimdir. O, uzun illərdir İran rejiminin açıq müxalifi kimi tanınır. Muradxani 22 yaşında İrandan İraq vasitəsilə qaçdığını, daha sonra Fransaya yerləşdiyini bildirib. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar