Xəbər lenti
Ümid edirəm ki, dayım həbs olunacaq
İranın ali rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani "Avronyus" (Euronews) kanalına müsahibəsində deyib ki, Xamenei etirazlara baxmayaraq, hakimiyyətdən getməyəcək.Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Onun sözlərinə görə, Xamenei “son damla qanına qədər” müqavimət göstərəcək.
Siyasi mühacir bildirib ki, İranda davam edən basqılar etirazlara son qoymayacaq. Onun fikrincə, dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xameneinin könüllü şəkildə istefa verəcəyinə inanmır.
Xameneini diktatorlarla müqayisə edən Muradxani əlavə edib ki, bu tip liderlər son ana qədər hakimiyyətdə qalmağa çalışır və geri çəkilmirlər.
Qeyd edək ki, 1986-cı ildən Fransada mühacirətdə yaşayan 62 yaşlı Muradxani Fransanın şimalında, Lill şəhəri yaxınlığında fəaliyyət göstərən otolarinqoloq həkimdir. O, uzun illərdir İran rejiminin açıq müxalifi kimi tanınır. Muradxani 22 yaşında İrandan İraq vasitəsilə qaçdığını, daha sonra Fransaya yerləşdiyini bildirib. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































