Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Tarix: 23-01-2026 20:00     Baxış: 347 A- / A+
Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanın xarici siyasət məsələləri ilə məşğul olmuş Vardan Oskanyan barədə danışılacaq çox şey yoxdur, çünki onun siyasi və iş təcrübəsi acınacaqlı epizodlarla doludur.

Bunu Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

“Oskanyan Köçəryan dönəmində Mehri bölgəsinin Azərbaycana verilməsi barədə danışıqlara gediləndə öz zəiflik və məğlubiyyətlərini tam anlamırdı. Niyə TRIPP-ə qarşı “Səlib yürüşü”nə başlayıblar? Çünki öz arzularını reallaşdıra bilmədilər. Onlar Ermənistanın suverenliyini ləğv etmək istəyirdilər”, - deputat Oskanyanın TRIPP-i o qədər də əhəmiyyətli layihə hesab etməməsi barədə şərhinə cavab olaraq qeyd edib.

Koncoryanın sözlərinə görə, açıq tənqidlərin digər tərəfi odur ki, müxalifət artıq TRIPP layihəsi işə düşəcəyi təqdirdə bir qədər əlavə pul qazanmaq üçün biznes planları hazırlayır.

Hakim komandanın üzvü əmindir ki, TRIPP Ermənistana rifah gətirəcək, çünki bu, müharibə istəyənlərin maraqlarına da ziddir:

“Müxalifətin strategiyası belədir: Ermənistan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. İndi yaxşı proseslər gedir, buna görə kədərli və bədbəxtdirlər. İnsanlar həyatı seçir, müxalifət isə ölümü seçir, onlar müharibə istəyirlər, amma onların zarıldaması reallığı dəyişməyəcək”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar