Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Rumıniyada 20 Yanvar faciəsinin qurbanları anıldı - Şəkillər

Tarix: 20-01-2026 22:44     Baxış: 448 A- / A+

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Rumıniyada yaşayan, təhsil alan soydaşlarımız, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Rumıniya ictimaiyyətinin təmsilçiləri, “SOCAR Romania” şirkətinin əməkdaşları yaxından iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmiş, 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış sözü ilə açan səfir Qüdsi Osmanov nitqində ötən əsrin 80-90-cı illərinin tarixi xronikasına toxunaraq, Azərbaycan xalqının məruz qaldığı qərəzli ayrı-seçkilik münasibətinə etiraz əlaməti olaraq öz iradəsini ortaya qoyması, törədilən bu qanlı cinayətlərə boyun əyməməsi və əsl birlik nümayiş etdirməsi nəticəsində suverenliyinə, müstəqilliyinə qovuşduğunu bildirib.

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması yolunda Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışan səfir 44 günlük Vətən müharibəsində xalqımızın Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbənin sarsılmaz iradəmizin nəticəsi olduğunu vurğulayıb.

Daha sonra tədbir iştirakçıları üçün Qanlı Yanvar hadisələrinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur. Diplomatik nümayəndəlikdə Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi və qonaqlar üçün ehsan süfrəsi təşkil edilib.

20 Yanvar hadisələri ilə əlaqədar Rumıniyanın Milli İnformasiya Agentliyi “Agerpres”də rumın dilində geniş məqalə dərc olunub. teleqraf.com 

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar