Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Çindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb

Tarix: 19-01-2026 21:53     Baxış: 4115 A- / A+
Bu gün Çinin şimalındakı Tiencin şəhərindəki konteyner mərkəzi stansiyasından Bakıya gələcək ilk Çin-Mərkəzi Asiya transxəzər yük qatarı yola düşüb.

Bu barədə "Sinxua" məlumat yayıb.

Məlumata görə, paslanmayan polad borular və məişət texnikası kimi mallarla yüklənmiş bu qatar Çin Dəmir Yollarının Pekin filialı tərəfindən idarə olunur. Qatar Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Vilayətindəki Horqos sərhəd keçid məntəqəsindən keçəcək və Qazaxıstanın Aktau limanına çatacaq, oradan yüklər dəniz yolu ilə Bakıya daşınacaq.

Tiencin konteyner mərkəzinin nümayəndəsi Yanq Cunyonq bildirib ki, bu yeni marşrut Çini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirən sabit və səmərəli yük kanalı yaradır.

Onun sözlərinə görə, qatar təxminən 7 000 kilometr məsafə qət edəcək və təxminən 20 günə Bakıya çatacaq ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə təxminən 10 günə qənaət etməyə imkan verəcək. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar