Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

İranda ölənlərin sayı 5000-ə çatıb - "Reuters"

Tarix: 18-01-2026 16:54     Baxış: 475 A- / A+

İranda etirazlar zamanı ölənlərin sayı 5000-i keçib. Bunun təxminən 500 nəfəri təhlükəsizlik xidməti əməkdaşlarıdır.
 
Manevr.az
xəbər verir ki, bu barədə "Reuters" agentliyinin hökumət rəsmisinə istinadən yazıb.
 
İran İslam Respublikasında etirazlar 28 dekabrda başlayıb və qiymətlərin artması və milli valyutanın dəyərdən düşməsi ilə səbəb olub.

"Reuters"in anonim qalmaq istəyən mənbəsi ən şiddətli toqquşmaların və ən çox itkinin ölkənin şimal-qərbindəki kürd bölgələrində baş verdiyini bildirib. İran hakimiyyəti mülki əhalinin ölümündə "terrorçuları və silahlı üsyançıları" günahlandırıb. Mənbə həmçinin bildirib ki, "İsrail və xaricdəki silahlı qruplar" etirazçıları dəstəkləyir.qaynarinfo

İranın Ali Lideri Əli Xamenei ABŞ-ı "üsyanı" qızışdırmaqda günahlandırıb. İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, xarici terrorçu qruplar Tel-Əvivin maraqlarını təmin etmək üçün Vaşinqtonu Tehranla münaqişəyə cəlb etməyə çalışırlar. İran prezidenti Məsud Pezeşkian kütləvi etirazların əsas günahkarları kimi ABŞ və İsraili adlandırıb.

Vəziyyətə cavab olaraq, ABŞ prezidenti Donald Tramp hakimiyyət orqanları etirazçıları edam etməyə başlasa, "çox sərt tədbirlər" görməyə hazır olduğunu bildirib. O, həmçinin İrana qarşı "sürətli və qətiyyətli zərbə" ehtimalından danışıb. Lakin Tramp daha sonra ritorikasını yumşaldaraq hücum həyata keçirə bilməyəcəyini deyib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar