Xəbər lenti
Bir fırıldaq, altı il həbs: Çinli gəncin "ağıllı planı" ifşa edildi
Çində 17 yaşlı gənc onlayn geri ödəmə sistemindəki boşluqdan istifadə etdiyinə görə altı il müddətinə azadlıqdan məhrum edilib. Həmin boşluq ona malları geri qaytarmadan ödənişin avtomatik şəkildə geri alınmasına imkan verib.Bu barədə "Oddity Central" məlumat yayıb.
Məlumata görə, Şanxay şəhərindən olan yeniyetmə ödəniş sistemindəki çatışmazlığı aşkar etdikdən sonra onlayn ticarət platformalarından ümumi dəyəri 600 min ABŞ dollarından çox olan kosmetik məhsulları qanunsuz yolla əldə edib.
Adı açıqlanmayan gənc geri qaytarma sorğularında saxta kuryer izləmə nömrələrindən istifadə edib. Bu üsulla məhsulu faktiki olaraq geri göndərmədən sistem tərəfindən avtomatik şəkildə pulunun qaytarılmasına nail olub.
Bir neçə ay ərzində o, ümumilikdə 11 min 900 saxta geri qaytarma tələbi təqdim edib və əldə etdiyi məhsulları müxtəlif ikinci əl satış platformalarında satıb.
Prokurorluq orqanları onu ümumi dəyəri təxminən 680 min ABŞ dolları olan məhsulların oğurlanmasında və onların satışından 574 min ABŞ dolları məbləğində qanunsuz gəlir əldə etməkdə ittiham ediblər. Bildirilib ki, gənc həbs olunmazdan əvvəl qazandığı vəsaiti bahalı smartfonlara, geyimlərə, videooyunlara və dostları üçün aldığı şirniyyatlara xərcləyib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























