Xəbər lenti
Gizli şəkildə Arktikada Rusiya ilə müharibəyə hazırlıq gedir

Manevr.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Qeyd olunur ki, Böyük Britaniya hərbçiləri üçün nəzərdə tutulmuş bu təlim düşərgəsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra — 2023-cü ildə açılıb. Gözlənilir ki, bu yaz hərbçilərin sayı 1500 nəfərə çatacaq, gələn il isə 2000 nəfər olacaq. Təlimlər NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinin aktivləşdirilməsi halında qoşunların yerinə yetirəcəyi missiyaları imitasiya edir.
Norveçin XİN rəhbəri isə qeyd edib ki, Arktikanın onun ölkəsinə aid hissəsi üçün risk daha birbaşa xarakter daşıyır:
“Şərq sərhədimizin o tayında Kola yarımadası və Murmansk yerləşir. Bu regionda dünyada ən böyük nüvə silahı cəmləşməsi mövcuddur və xüsusilə Rusiyanın cavab zərbəsi potensialı məhz oradadır. Onlara açıq okeana çıxış lazımdır, lakin müharibə şəraitində biz onların bu çıxışa malik olmasını istəmirik”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























