Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Norveçdə yaşı təxminən 800 il olan qızıl üzük aşkar edildi

Tarix: 17-01-2026 08:23     Baxış: 460 A- / A+
Norveçdə yaşı təxminən  800 il olan  qızıl üzük aşkar edildi
Norveçin Tönsberq şəhərində arxeoloqlar yaşı təxminən 800 il olan unikal tapıntı — qızıl üzük aşkar ediblər.

Artefakt torpaq qatından təxminən 7 santimetr dərinlikdə arxeoloq Linda Osxeym tərəfindən tapılıb və Norveçin Mədəni İrs Araşdırmaları İnstitutunda (NIKU) artıq “arzuların tapıntısı” adlandırılıb.

Üzüyün yerləşdiyi torpaq qatının tarixi bəlli deyil. Lakin arxeoloqlar üzüyün üzərində kiçik bir şam budağı aşkar ediblər. Bu budaq üzvi materialların yaşının müəyyən edilməsi üçün istifadə olunan radiokarbon analizi metodu ilə səciyyələndirilib. Analiz göstərib ki, budaq 1167–1269-cu illəri əhatə edən dövrə aiddir. Buna görə də, ehtimal olunur ki, üzük daha qədimdir, çünki o, budaqdan aşağı torpaq qatında yerləşib.

Üzük qızıldan hazırlanıb, mavi rəngli, oval formalı, ehtimal ki, sapfiri imitasiya edən şüşə daşla bəzədilib, həmçinin filiqran və qranulyasiya üsulları ilə zəngin dekorasiya olunub.

Mütəxəssislərin fikrincə, üzük cəmiyyətin ali təbəqəsinə mənsub bir qadına aid olub. Bu cür tapıntılar olduqca nadirdir. Norveçin milli məlumat bazasında orta əsrlərə aid 63 qızıl üzük qeydə alınıb və Tönsberqdə son 15 il ərzində belə bir bəzək əşyası ilk dəfə aşkar edilib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar