Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi ilə bağlı ittihamları rədd edir

Tarix: 16-01-2026 22:40     Baxış: 345 A- / A+
Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə xarici işlər naziri Hakan Fidanın Ermənistandakı daxili siyasi vəziyyət və regional proseslərlə bağlı açıqlamalarına münasibət bildirib.

Məlumatı Ermənistan mediası yayıb.

H.Fidanın açıqlamalarına münasibət bildirən A.Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə müdaxiləsi və ya müəyyən siyasi qüvvələri dəstəkləməsi ilə bağlı iddiaları rədd edib. Onun sözlərinə görə, söhbət ictimaiyyətin sülh tələbinə dəstəkdən və regional əməkdaşlığın inkişafından gedir.

"Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsinin sülh və genişləndirilmiş ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən TRIPP layihəsi çərçivəsində səylərini dəstəkləyən Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara minnətdarlığımı bildirirəm", - deyə spiker bildirib.

Xatırladaq ki, H.Fidan 2026-cı ilin iyun ayında Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisinin regional əlaqələrin və Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılması üçün vacib olacağını bildirib. O, həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderlik edir.

"Görürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderlik edir. Biz onun bu prosesdə oynadığı konstruktiv rolu dəstəkləyirik. Bu istiqamət davam etdirilməlidir", - deyə Türkiyənin Xarici İşlər Naziri bildirib.

Qeyd edək ki, H.Fidan həmçinin Zəngəzur dəhlizinin Ermənistan-Türkiyə münasibətləri çərçivəsindəki əhəmiyyətindən danışıb. Bundan əlavə, o, layihənin "Azərbaycanın istədiyi kimi" həyata keçirilməli olduğuna inanır.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə  imzalayıblar.

Bu layihə "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) adlanır. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar