Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə–Ermənistan sərhədinin açılmasına Kremldən reaksiya...

Tarix: 16-01-2026 10:20     Baxış: 336 A- / A+
 Türkiyə ilə Ermənistan arasında sərhədin açılması mövzusu Rusiyaya yaxın media və ekspert çevrələrində açıq narahatlıqla qarşılanıb.

Kremlə bağlı şəbəkənin əsas ruporları bu prosesin “tezliklə mümkün olmadığını” ön plana çıxararaq, sərhədin açılmasının illər çəkə biləcəyini israrla vurğulayırlar.

Rusiya sərhəd xidmətinin veteranı və təhlükəsizlik üzrə ekspert Levon Azatxanyan Ermənistan mediasına açıqlamasında Türkiyə–Ermənistan sərhədində yerləşən “Axurik” keçid məntəqəsinin dərhal açılmasının real olmadığını bildirib. Onun sözlərinə görə, məntəqə 1993-cü ildən fəaliyyət göstərmir və bu müddət ərzində infrastruktur tamamilə sıradan çıxıb.

Ekspert iddia edib ki, binaların əsaslı təmiri, texniki təminatın yenilənməsi və yeni kadrların hazırlanması uzunmüddətli prosesdir və bu işlərdə bir neçə nazirlik və qurum iştirak etməlidir. Kremlə yaxın çevrələr bu arqumentləri önə çəkərək, Türkiyə–Ermənistan yaxınlaşmasının qarşısını almağa yönəlmiş skeptik və çəkindirici mövqe nümayiş etdirirlər.

Moskva orbitində olan şərhçilərin fikrincə, sərhədin açılması təkcə texniki məsələ deyil, həm də regional geosiyasi balanslara təsir göstərəcək addımdır. Məhz buna görə də prosesin “süründürülməsi” Kremlin maraqlarına uyğun hesab olunur və bu xətt açıq şəkildə informasiya müstəvisində də hiss olunur. musavat.com

Manevr.az 
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar