Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanda kişi nikah qeydiyyatından 34 il sonra evli olduğundan xəbər tutub

Tarix: 15-01-2026 08:39     Baxış: 3101 A- / A+
Qazaxıstanın Jambıl vilayətinin sakini 1991-ci ildə qeydiyyata alınmış nikah qeydini aşkar edib. O, bundan 2025-ci ildə bank tətbiqinin "Dövlət xidmətləri" bölməsinə daxil olduğu zaman xəbər tutub.

Bu barədə Qazaxıstan Ali Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Kişi məhkməyə müraciət edib və nikahın etibarsız elan edilməsi üçün iddia qaldırıb.

"O, iddia ərizəsində bildirib ki, 1991-ci ildə cavabdehlə ailə qurmaq niyyəti ilə yaşayıb, lakin artıq dörd aydan sonra onlar ayrılıblar. Tərəflər nikah qeydiyyatı üçün qeydiyyat şöbəsinə müraciət etməyiblər, heç bir sənəd imzalamayıblar və nikah şəhadətnaməsi almayıblar", - məhkəmənin məlumatında deyilir.

Lakin məhkəmə izah edib ki, sənədlərin saxtalaşdırılması ilə bağlı məhkəməyəqədərki istintaq icraat müddətinin bitməsi səbəbindən dayandırılıb, çünki iddia edilən pozuntu 1991-ci ilə aiddir. Materialların araşdırılması zamanı məlum olub ki, akt kitabında həqiqətən də nikah qeydiyyatı haqqında qeydlər var, lakin imzalar iddiaçıya və cavabdehə deyil, üçüncü şəxsə məxsusdur.

Məhkəmə bu qənaətə gəlib ki, 1991-ci ildə nikah qeydiyyatı qanunun tələbləri pozularaq həyata keçirilib, çünki tərəflər şəxsən iştirak etməyiblər və buna da qanunla icazə verilmir. Bundan əlavə, 1994-cü ildə cavabdeh başqa bir şəxslə qanuni nikah bağlayıb, iddiaçı isə 2001-ci ildə başqa bir vətəndaşla nikah qeydiyyatı edib və uşaqları var. Üstəlik, ər-arvad ailə münasibətlərində olmayıblar və məhkəmə nikahı etibarsız elan edib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar