Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Venesuelada 400-dən çox şəxs həbsdən azad edilib

Tarix: 14-01-2026 11:50     Baxış: 351 A- / A+


Venesuelada 400-dən çox şəxs həbsdən azad edilib
Venesuelanın Milli Assambleyasının sədri Xorxe Rodriqes ölkədə davam edən azadlığa buraxılma prosesi çərçivəsində 400-dən çox şəxsin həbsdən azad edildiyini açıqlayıb.
Manevr.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Rodriqes parlament iclasında çıxışı zamanı bildirib ki, azadlığa buraxılma qərarı siyasi məhbuslara şamil olunmur. Onun sözlərinə görə, azad edilənlər qanunu pozmuş, Konstitusiyanı tapdalamış və işğala çağırış etmiş bəzi siyasətçilərdir. Milli Assambleyanın sədri qeyd edib ki, bu addım ölkədə “dinc birgəyaşayışı” təşviq etmək məqsədi daşıyır.
Məlumata görə, yerli qeyri-hökumət təşkilatları cümə axşamından etibarən azad edilən şəxslərin sayının 60–70 nəfər arasında dəyişdiyini bildirir. QHT-lər prosesin ləng getdiyini vurğulayaraq, azadlığa buraxılanlarla bağlı məlumat çatışmazlığından şikayət edirlər.
Qeyd edək ki, yanvarın 15-də ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyi gözlənilən Venesuela müxalifətinin lideri və Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado siyasi məhbusların, o cümlədən öz siyasi müttəfiqlərinin azadlığa buraxılmasını tələb edən əsas fiqurlardan biridir.apa



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar