Xəbər lenti
Maduronun qaçırılmasında Rusiyanın da rolu var - NYT
Məlum olduğu kimi, Rusiyanın çox təriflənən hava hücumundan müdafiə sistemləri Venesuelada fiaskoya uğrayıb. ABŞ Silahlı Qüvvələri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatına başlayanda, bu sistemlər hətta radar şəbəkəsinə belə qoşulmamışdı.Bu barədə “Nyu York Tayms” nəşri yazıb.
“Rusiyanın çox təriflənən S-300 və Buk-M2 hava hücumundan müdafiə sistemləri Venesuela ilə Rusiya arasında sıx əlaqələrin güclü simvolu olmalı idi. Bu ittifaq Rusiyaya Qərb yarımkürəsində ABŞ-a qarşı artan müqavimət imkanı verirmiş kimi görünürdü”, – deyə məqalədə bildirilir.
Lakin jurnalistlərin mənbələrinin sözlərinə görə, Venesuela S-300 sistemlərini lazımi səviyyədə saxlaya və istismar edə bilməyib.
Nəşr fotoşəkillər, videolar və peyk görüntüləri üzərində apardığı təhlil nəticəsində müəyyən edib ki, ABŞ hücumu zamanı hava hücumundan müdafiə sisteminin bəzi komponentləri hələ də anbarda idi və istismara verilməmişdi. Buna görə də, aylarla davam edən xəbərdarlıqlara baxmayaraq, Venesuela Vaşinqtonun əməliyyatına hazır olmayıb.
Bəzi ekspertlər qeyd edirlər ki, Venesuela hərbçilərinin məğlubiyyətinə görə Rusiya da məsuliyyət daşıyır. Çünki rusiyalı təlimatçılar və texniki mütəxəssislər sistemlərin tam döyüş hazırlığını təmin etməli və onların bu vəziyyətdə saxlanmasına kömək etməli idilər. Bu vəziyyətə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin də təsir göstərdiyi istisna edilmir.
Bundan əlavə, nəşrin iki mənbəsi hesab edir ki, Rusiya Vaşinqtonla daha böyük qarşıdurmadan qaçmaq üçün Venesuelaya satdığı hərbi texnikanın “sakitcə yararsız vəziyyətə düşməsinə imkan vermiş ola bilər”. Çünki Venesuela hərbçiləri Amerika təyyarəsini vursaydılar, bu, Kreml üçün ciddi mənfi nəticələrə səbəb ola bilərdi. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































