Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Maduronun qaçırılmasında Rusiyanın da rolu var - NYT

Tarix: 13-01-2026 09:00     Baxış: 430 A- / A+
Məlum olduğu kimi, Rusiyanın çox təriflənən hava hücumundan müdafiə sistemləri Venesuelada fiaskoya uğrayıb. ABŞ Silahlı Qüvvələri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatına başlayanda, bu sistemlər hətta radar şəbəkəsinə belə qoşulmamışdı.

Bu barədə “Nyu York Tayms” nəşri yazıb.

“Rusiyanın çox təriflənən S-300 və Buk-M2 hava hücumundan müdafiə sistemləri Venesuela ilə Rusiya arasında sıx əlaqələrin güclü simvolu olmalı idi. Bu ittifaq Rusiyaya Qərb yarımkürəsində ABŞ-a qarşı artan müqavimət imkanı verirmiş kimi görünürdü”, – deyə məqalədə bildirilir.

Lakin jurnalistlərin mənbələrinin sözlərinə görə, Venesuela S-300 sistemlərini lazımi səviyyədə saxlaya və istismar edə bilməyib.

Nəşr fotoşəkillər, videolar və peyk görüntüləri üzərində apardığı təhlil nəticəsində müəyyən edib ki, ABŞ hücumu zamanı hava hücumundan müdafiə sisteminin bəzi komponentləri hələ də anbarda idi və istismara verilməmişdi. Buna görə də, aylarla davam edən xəbərdarlıqlara baxmayaraq, Venesuela Vaşinqtonun əməliyyatına hazır olmayıb.

Bəzi ekspertlər qeyd edirlər ki, Venesuela hərbçilərinin məğlubiyyətinə görə Rusiya da məsuliyyət daşıyır. Çünki rusiyalı təlimatçılar və texniki mütəxəssislər sistemlərin tam döyüş hazırlığını təmin etməli və onların bu vəziyyətdə saxlanmasına kömək etməli idilər. Bu vəziyyətə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin də təsir göstərdiyi istisna edilmir.

Bundan əlavə, nəşrin iki mənbəsi hesab edir ki, Rusiya Vaşinqtonla daha böyük qarşıdurmadan qaçmaq üçün Venesuelaya satdığı hərbi texnikanın “sakitcə yararsız vəziyyətə düşməsinə imkan vermiş ola bilər”. Çünki Venesuela hərbçiləri Amerika təyyarəsini vursaydılar, bu, Kreml üçün ciddi mənfi nəticələrə səbəb ola bilərdi. axar.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar