Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sifariş etdiyi telefonlar 16 il sonra gəldi - Şəkil

Tarix: 10-01-2026 08:57     Baxış: 3150 A- / A+
sifaris-etdiyi-telefonlar-16-il-sonra-geldi
Liviyada telefon mağazası sahibinin 2010-cu ildə sifariş etdiyi “Nokia” markalı mobil telefonlar vətəndaş müharibəsi və sonrakı xaos səbəbindən yalnız 16 il sonra ünvana çatdırılıb.

2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsi logistika xətlərinin dağılmasına, gömrük xidmətlərinin fəaliyyətini dayandırmasına və ciddi təhlükəsizlik problemlərinə səbəb olub.

Bu amillər nəticəsində sifariş edilən “Nokia” telefonlar uzun illər anbarlarda qalıb.

Uzun illərdən sonra telefonlar, nəhayət, mağazaya çatanda mənzərə həm təəccüblü, həm də əyləncəli olub. Qutuları açarkən dükan sahibləri zarafatla soruşub: “Bunlar telefondur, yoxsa tarixi əsər?”

Sosial mediada paylaşılan bu anlar tez bir zamanda diqqət çəkib.

Qeyd edək ki, bir vaxtlar mobil telefon bazarının liderlərindən biri olan “Nokia”nın klassik klaviaturalı modelləri bu gün nostalji əşyalar kimi dəyərləndirilir. qafqazinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar