Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Maduronun var-dövləti AÇIQLANDI

Tarix: 05-01-2026 10:14     Baxış: 3136 A- / A+


ABŞ ilə Venesuela arasında gərginliklə bağlı yayılan xəbərlər beynəlxalq mediada geniş rezonans doğurub.
Manevr.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşının saxlanılaraq Nyu-Yorka aparıldığı bildirilir.
Xəbərdə qeyd olunur ki, ötən ilin avqustunda ABŞ-ın baş prokuroru Pam Bondi Madurona məxsus ümumilikdə 700 milyon dollar dəyərində aktivlərin müsadirə edildiyini açıqlayıb. Müsadirə olunan əmlaklar arasında lüks təyyarələr, bahalı daşınmaz əmlaklar, avtomobillər, zinət əşyaları və böyük məbləğdə nağd pulun olduğu vurğulanıb.
Məlumata görə, Maduronun aktivləri sırasında xüsusilə iki reaktiv təyyarə diqqət çəkir. Onlardan biri - Dassault Falcon 900EX - Venesuela liderinin "prezident təyyarəsi" kimi istifadə olunub. Sözügedən hava gəmisi 2024-cü ilin sentyabrında Dominikan Respublikasında ABŞ tərəfindən müsadirə edilərək Floridaya aparılıb. Təyyarənin dəyərinin təxminən 13 milyon dollar olduğu bildirilir.
Digər reaktiv - Dassault Falcon 2000EX isə 2025-ci ilin fevralında Dominikan Respublikasında ələ keçirilib. Bu təyyarədən Maduroya yaxın yüksək rütbəli məmurların da istifadə etdiyi qeyd olunur.
Bundan əlavə, müsadirə edilən əmlaklar siyahısına Dominikan Respublikasında yerləşən malikanə, Floridada bir neçə lüks ev, at ferması, doqquz bahalı avtomobil, həmçinin milyonlarla dollar dəyərində nağd pul və zərgərlik əşyaları daxildir.
Məsələ ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama verilməyib.milli.az


Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar