Sizin Reklam Burada
Xəbər lenti
19-04-2026
18-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Kurtlar Vadisi” bunun olacağını 21 il öncədən xəbər verib - Serialdakı detal diqqət çəkdi

Tarix: 04-01-2026 20:30     Baxış: 393 A- / A+
2005-ci ildə yayımlanan məşhur "Kurtlar Vadisi" serialında Venesuela detalı diqqət çəkib.

Sözügedən kadrlar sosial şəbəkədə yenidən paylaşılıb.

Görüntülərdə əks olunan dialoqda Venesuela ilə ABŞ arasındakı münasibətlərdən bəhs edilib:
"ABŞ Milli Demokratiya Fonduna (NED) pərdəarxasında dəstək verir. Bu qurumun rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti keçmiş CIA - Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) əməkdaşlarıdır. ABŞ-da fond, institut və ya mərkəz adı altında fəaliyyət göstərən, hüquqi statusa malik bir çox qurum əslində CIA-nın maraqları naminə çalışır".

Serialda bildirilir ki, NED dünən Nikaraquada və Kolumbiyada, bu gün isə Venesuelada müxtəlif əməliyyatlar həyata keçirir:

"Müasir dövrdə "demokratiya", "azadlıq" və "insan haqları" anlayışları bir növ sehrli sözlərə çevrilib və bu anlayışların arxasında istənilən addımı atmaq mümkün olur. Ən təsirli təbliğat üsulu isə ümumiyyətlə təbliğat aparılmırmış kimi görünməkdir".

Qeyd edək ki, yanvarın 3-də ABŞ Prezidenti Donald Tramp Amerikanın Venesuelaya qarşı "genişmiqyaslı hücum" həyata keçirdiyini və nəticədə ölkə lideri Prezident Nikolas Maduro ilə həyat yoldaşının "saxlanıldığını" açıqlayıb. gobalinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar