Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Avropanın ən təhlükəli 20 şəhəri

Tarix: 04-01-2026 11:06     Baxış: 4340 A- / A+
Avropanın ən təhlükəli 20 şəhəri açıqlandı
Beynəlxalq məlumat bazası olan "Numbeo" 2024-2025-ci illər üzrə Avropanın cinayət nisbəti ən yüksək olan şəhərlərinin siyahısını dərc edib. Siyahı hazırlanarkən sakinlərin və turistlərin şəhərdə özlərini nə dərəcədə təhlükəsiz hiss etdikləri əsas götürülüb.
Manevr.az xəbər verir ki, siyahıda ən çox diqqət çəkən məqam Fransanın bir neçə şəhərinin ilk sıralarda yer almasıdır. Marsel şəhəri Avropanın ən təhlükəli şəhərləri siyahısında zirvədə qərarlaşıb.
Siyahıda ilk 10-luq belədir:
Marsel (Fransa)
Koventri (Böyük Britaniya)
Birmingem (Böyük Britaniya)
Neapol (İtaliya)
Montpelye (Fransa)
Kataniya (İtaliya)
Lill (Fransa)
Qlazqo (Böyük Britaniya)
Nitsa (Fransa)
Malmö (İsveç)
Fransanın Marsel, Montpelye, Lill və Nitsa kimi şəhərlərinin ilk 10-luğa girməsi ölkədəki narkotik ticarəti, oğurluq və bəzi bölgələrdəki asayiş problemləri ilə əlaqələndirilir. Xüsusən Marsel liman şəhəri olduğu üçün cinayət qruplaşmalarının mərkəzi hesab olunur.
Siyahının davamında (11-20-ci yerlər) Paris (Fransa), Afina (Yunanıstan), Brüssel (Belçika), London (Böyük Britaniya) və Barselona (İspaniya) kimi məşhur turizm mərkəzləri də yer alır. Bu şəhərlərdə xüsusilə cibgirlik və turistlərə qarşı dələduzluq hallarının yüksək olduğu bildirilir.
Siyahının tam əksinə, Avropanın ən təhlükəsiz şəhərləri olaraq aşağıdakılar göstərilib:
Sürix (İsveçrə)
Münhen (Almaniya)
Bern (İsveçrə)
Trondheym (Norveç)
Səyahət planlaşdıranlar üçün bu siyahı bir növ xəbərdarlıq rolunu oynayır. Mütəxəssislər xüsusən Marsel və Neapol kimi şəhərlərdə turistlərin gecə saatlarında kənarda və tənhalıqda olmamasını, bahalı əşyalarını nümayiş etdirməməsini tövsiyə edirlər.(milli.az)

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar