Sizin Reklam Burada
Xəbər lenti
01-01-2026
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada polislər Özbəkistan vətəndaşını döyüb öldürdülər

Tarix: 02-01-2026 22:42     Baxış: 323 A- / A+
Rusiyanın Xabarovsk şəhərində Özbəkistan vətəndaşları xwsusi təyinatlı polis dəstəsi (OMON) tərəfindən döyülüb.

Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, insident nəticəsidə iki zərərçəkən komaya düşüb, onlardan biri sonradan həyatını itirib.

Məlumata görə, hadisə ötən il dekabrın 12-də kafeyə basqın zamanı baş verib.

Özbəkistan XİN-in məlumatına görə, ölkə vətəndaşının ölümü ilə bağlı vəziyyət Özbəkistanın Vladivostokdakı baş konsulluğu və Miqrasiya Agentliyi tərəfindən izlənilir. Hazırda cəsədin Özbəkistana qaytarılması üçün işlər görülür.

Hadisədən sonra Özbəkistan baş konsulluğu Xabarovsk Diyar Prokurorluğuna, İstintaq Komitəsinə və Rusiya Xarici İşlər Nazirliyinin Xabarovsk diyarındakı idarəsinə hadisə ilə bağlı hərtərəfli, obyektiv və hüquqi cəhətdən araşdırma tələb edən notalar göndərib.

Qeyd olunur ki, hazırda Özbəkistan vətəndaşının ölüm səbəbi ilə bağlı rəsmi olaraq təsdiqlənmiş heç bir məlumat yoxdur. Səlahiyyətli orqanlardan dəqiq məlumat alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar