Sizin Reklam Burada
Xəbər lenti
19-04-2026
18-04-2026
BÜTÜN XƏBƏRLƏR

Həmədanda etirazçılar Qurani Kərimi yandırıb məscidə hücum etdilər

Tarix: 02-01-2026 08:43     Baxış: 380 A- / A+
İranın Həmədan şəhərində bir qrup etirazçı digər dini kitablarla birlikdə Quranı yandırıb, digər bir qrup iğtişaşçı isə məscidə hücum edib.

Bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, cümə axşamı, 1 yanvar tarixində etirazçılar Həmədanın Sədəf bölgəsində Quran da daxil olmaqla bir neçə dini kitabı yandırıblar.

Təxminən 20 etirazçıdan ibarət başqa bir qrup şəhərdəki məscidə hücum etməyə cəhd edib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onların planlarını həyata keçirməsinə mane olub.

Qeyd edək ki, 29 dekabrda İran tüməninin kəskin şəkildə ucuzlaşması səbəbilə tacirlər Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar.

Çərşənbə axşamı isə Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulublar. Çərşənbə günü bir qrup naməlum şəxs İranın cənubundakı Fars əyalətindəki Fez şəhər administrasiyasının binasına hücum edib.

İran prezidenti Məsud Pezeşkian öz növbəsində Daxili İşlər naziri İsgəndər Momeniyə etirazçılarla dialoq qurmağı tapşıraraq ölkənin bank və maliyyə sistemlərində islahatlar aparılacağına söz verib. lent.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar