Sizin Reklam Burada
Xəbər lenti
19-04-2026
18-04-2026
BÜTÜN XƏBƏRLƏR

Almaniya və Rumıniya Rusiya vətəndaşlarının köhnə tip xarici pasportlarını tanımır

Tarix: 01-01-2026 09:05     Baxış: 3105 A- / A+

Almaniya və Rumıniya 1 yanvar 2026-cı ildən etibarən Rusiya Federasiyasının köhnə nümunəli xarici pasportlarını tanımağı dayandırıb.

Bu barədə Avropa Komissiyasının portalında dərc olunan sənəddə qeyd olunub.

Məlumata görə, söhbət biometrik olmayan, adi Rusiya xarici pasportlarından gedir.

Bildirilib ki, Polşa da oxşar qərarı 1 aprel 2026-cı ildən qüvvəyə mindirəcək. Latviya isə hələ 15 iyul 2025-ci ildən Rusiya vətəndaşlarının biometrik məlumatlar olmayan xarici pasportlarını tanımır.

Eyni zamanda, Litva 1 iyun tarixindən etibarən Rusiyadan olan şəxslərə yalnız 10 illik biometrik xarici pasport əsasında ölkəyə giriş, çıxış və qalmağa icazə verir. İstisna hal kimi Litva ərazisindən Kalininqrad vilayətinə və geri dəmir yolu ilə tranzit keçidlərə icazə verilir.

OСН nəşrinin məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən Malta, Danimarka, Çexiya, İslandiya, Norveç, Litva və Estoniya da Rusiya vətəndaşlarının qeyri-biometrik xarici pasportları ilə bağlı məhdudiyyətlər tətbiq edib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar