Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Vanqanın dəhşətli proqnozu: Qiyamət bu sirr açılanda qopacaq

Tarix: 31-12-2025 16:48     Baxış: 326 A- / A+
Bolqar kahin Vanqanın proqnozuna görə, bəşəriyyət və kainat 5079-cu ildə dağılacaq, bu, təsəvvüredilməz kosmik hadisə nəticəsində olacaq.
Manevr.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Vanqanın fikrincə, bəşəriyyətin inkişaf yolu üzrə böyük zaman xətti mövcuddur. Bu xətt texnoloji tərəqqi, böyük müharibələr və Yerdənkənar genişlənmə daxil olmaqla bəşəriyyətin təkamülünü əhatə edir və bu, insanlıq məhv olanadək davam edəcək. Bu baxış bucağına görə, insanlar Günəş sistemini fəth edəcək, ölümsüzlüyə çatacaq və son fəlakətdən əvvəl yadplanetlilərlə əlaqə qura biləcəklər.
3005-ci ildə insanlar Marsda böyük müharibə yaşayacaq. Bu müharibə o qədər güclü olacaq ki, planetlərin trayektoriyasını dəyişdirəcək. Beş il sonra - 3010-cu ildə bir komet və ya asteroid Ayla toqquşacaq, bunun nəticəsində qalıqlar ətrafa səpələnəcək, Yer kürəsi ətrafında görünən halqa yaranacaq, bu da gecə səmasını dəyişdirəcək.
Vanqanın proqnozları daha qaranlıq ssenariləri də göstərir:
3797-ci ildə Yer üzündə həyat məhv olacaq, amma insanlar artıq başqa planetdə yaşayacaqlar, bu da onlara doğma vətənlərindən kənarda varlıqlarını davam etdirməsinə imkan verəcək.
Vanqa 45-ci əsr üçün texnoloji və əxlaqi inkişafda misilsiz sıçrayışdan bəhs edir: bütün xəstəliklər aradan qaldırılacaq, insan beyninin imkanları artacaq, pislik və nifrət kimi anlayışlar insan şüurdan yox olacaq.
4674-cü ildə insan sivilizasiyası ən yüksək inkişaf nöqtəsinə çatacaq, əhalinin sayı təxminən 340 milyard olacaq və onlar müxtəlif planetlərdə yaşayacaqlar. İnsanlarla ağıllı yadplanetlilər arasında erkən inteqrasiya başlayacaq.
5079-cu ildəki sonuncu fəlakətdən əvvəl insanlar kainatın sərhədlərini kəşf edəcək və bu sərhədləri aşma imkanları barədə həyati müzakirələr aparacaqlar. Bu qərar və ya onunla əlaqəli fəlakət Qiyamətə səbəb olacaq, bu da bəşəriyyət və kainatın tamamilə məhv olmasına gətirib çıxaracaq.teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar