Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Rusiyada neft emalı zavodu, Ukraynanın Odessa şəhərində infrastruktur obyektləri vurulub

Tarix: 31-12-2025 14:15     Baxış: 428 A- / A+


Rusiyada neft emalı zavodu, Ukraynanın Odessa şəhərində infrastruktur obyektləri vurulub
Ukrayna Ordusu Rusiyada neft emalı zavoduna, Rusiya Ordusu isə Ukraynanın Odessa şəhərində infrastruktur obyektlərinə və binalara zərbə endirib.
Manevr.az-nın xəbərinə görə, Krasnodar diyarının operativ qərargahı Tuapse neft emalı zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı, nəticədə ərazidə yanğın baş verdiyi, iki nəfərin xəsarət aldığı barədə məlumat yayıb.
Zərbə nəticəsində zavodun avadanlıqları, limandakı bir körpü və beş yaşayış evi zədələnib. Bundan əlavə, dörd çoxmənzilli binada və bir fərdi yaşayış evində pəncərələr sınıb. Neft emalı zavodunda baş verən yanğın 300 kvadratmetr ərazini əhatə edib.
Qeyd olunur ki, Tuapse Rusiyanın neft məhsullarının ixracı üçün əsas Qara dəniz limanlarından biridir. Burada “Rosneft” şirkətinə məxsus, sutkada təxminən 240 min barel neft emalı gücünə malik ixracyönümlü neft emalı zavodu fəaliyyət göstərir və neft, mazut və dizel yanacağı kimi məhsullar tədarük edir.
Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın isə Rusiya Ordusunun dekabrın 31-nə keçən gecə infrastruktur obyektləri və yaşayış evlərinə zərbələri nəticəsində 3-ü uşaq olmaqla, beş nəfərin xəsarət aldığını bildirib.
Xəsarət alanlar arasında vəziyyəti ağır olan 42 yaşlı kişi, orta ağır vəziyyətdə olan 7 aylıq körpə, 14 yaşlı yeniyetmə və 8 yaşlı qız uşağı var.
Şəhərin bir hissəsində hazırda elektrik enerjisinin verilişi yoxdur. Ayrı-ayrı kritik infrastruktur obyektlərində bərpa işləri davam etdirildiyindən sakinlərin bir qismi müvəqqəti olaraq su və istilik təchizatından da məhrum olub.

Rusiyada neft emalı zavodu, Ukraynanın Odessa şəhərində infrastruktur obyektləri vurulub




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar