Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı

Tarix: 28-12-2025 21:17     Baxış: 323 A- / A+
turkiye-dunya-aviasiya-tarixinde-ilke-imza-atdi
Dünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş təyyarəsi avtonom şəkildə bir-birinə çox yaxın məsafədə uçuş həyata keçirib.

“Baykar” şirkəti tərəfindən verilən açıqlamaya görə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın inkişaf prosesi yeni qabiliyyətlərin inteqrasiyası ilə ardıcıl şəkildə davam edir.

Çorluda yerləşən “AKINCI” Uçuş Təlim və Sınaq Mərkəzində aparılan işlər çərçivəsində iki fərqli “Bayraktar Kızılelma” prototipi eyni vaxtda səmada tapşırıq icra edib.

Keçirilən sınaq uçuşunda “Bayraktar Kızılelma” nın üçüncü prototipi PT3 və beşinci prototipi PT5 bir-birinin ardınca havaya qalxıb. Səmaya qalxan iki pilotsuz döyüş təyyarəsi “Baykar” mühəndisləri tərəfindən hazırlanmış ağıllı filo avtonomiyası alqoritmləri sayəsində bir-biri ilə koordinasiyalı şəkildə hərəkət edərək, avtonom döyüş pilotu rejimində formasiya uçuşu həyata keçirib.

Bununla da, dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz döyüş təyyarəsi avtonom olaraq bir-birinə çox yaxın məsafədə uçuşu icra edib. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar